Yuxarı
    Bağlamaq

    İnstitut direktoru: "Azərbaycanda tükənməyən qan ehtiyatı var"

    Bizim ölkədə könüllü qan donorluğunun inkişaf etdirilməsinə ehtiyac var

    Bakı. 6 iyun. REPORT.AZ/ "Azərbaycanda tükənməyən qan ehtiyatı var. Lakin bu ehtiyatlar daimi yenilənməlidir".

    "Report" xəbər verir ki, bunu B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva jurnalistlərə açıqlamasında deyib.

    Qanın saxlama müddətinin olduğunu bildirən Z.Əlimirzəyeva qeyd edib ki, bu səbəbdən də qan ehtiyatı daim yenilənməlidir. Onun sözlərinə görə, məqsəd insanların könüllü donorluğunu təmin etməkdir: "Dünyanın hər yerində, o cümlədən Azərbaycanda qana tələbat çox olur. Çünki ölkədə irsi qan xəstəliyi, hematoloji və onkoloji xəstələrin sayı çoxdur. Qan ehtiyatı həmin xəstələr və cərrahiyyə sahəsində istifadə üçün gərəklidir".

    Z.Əlimirzəyeva qeyd edib ki, Mərkəzi Qan Bankında bütün qruplar üzrə qan ehtiyatı kifayət qədərdir: "Konkret demək olmaz ki, hansı qan qrupuna daha çox ehtiyac var. Bütün qan qruplarına hər zaman ehtiyac var. Bir insan qan verməklə bir neçə insanın həyatını xilas edir. Çünki onun qanının müxtəlif komponentlərindən istifadə edilir".

    İnstitutun direktoru əlavə edib ki, qana ehtiyacı olan insanlara qanı həm onun yaxınları verir, həm də bunun üçün Səhiyyə Nazirliyi xüsusi briqadalar yaradıb və burada könüllü qanvermə aksiyaları keçirilir: "Azərbaycanda könüllü qan donorluğunun inkişaf etdirilməsinə ehtiyac var".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi