İlin ilk iki ayında Azərbaycanda 514 əkiz, 15 üçəm doğulub

İlin ilk iki ayında Azərbaycanda 514 əkiz, 15 üçəm doğulub Doğulanların 53,6%-i oğlan, 46,4%-i isə qız uşaqlarından ibarət olub
Sağlamlıq
13 Aprel , 2015 16:03
İlin ilk iki ayında Azərbaycanda 514 əkiz, 15 üçəm doğulub

Bakı. 13 aprel. REPORT.AZ/ Cari ilin ilk iki ayı ərzində ölkədə 27,9 min, yaxud hər gün orta hesabla 473 körpə doğulub, əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstərici 18,2 təşkil edib. Bu barədə "Report"a Azərbaycan Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.

Komitə son illər ərzində ölkədə doğum səviyyəsinin yüksək olaraq qalmaqda davam etdiyini və cari ilin yanvar-fevral ayları ərzində doğulanların sayının ölənlərin sayından 18,5 min nəfər çox olduğunu açıqlayıb. Doğulanların 53,6%-i oğlan, 46,4%-i isə qız uşaqlarından ibarət olub. Körpələrin 514-ü əkiz, 15-i isə üçəm doğulub.

"Ölkədə uşaq doğmaq qabiliyyətinə malik olan qadınların bütün ömrü boyu hər birinə orta hesabla 2,2 doğulmuş uşaq düşərək əhalinin təkrar istehsalı təmin olunur", - məlumatda bildirilib.

Son xəbərlər

Orphus sistemi