İcbari tibbi sığorta zamanı icra olunan həyati vacib, dəyəri yüksək əməliyyatların sayı açıqlanıb

İcbari tibbi sığorta zamanı icra olunan həyati vacib, dəyəri yüksək əməliyyatların sayı açıqlanıb Həkimlərin əmək haqları 240-740, orta tibb işçilərinin 80-200 manat artırılıb
Sağlamlıq
24 Aprel , 2017 16:40
İcbari tibbi sığorta zamanı icra olunan həyati vacib, dəyəri yüksək əməliyyatların sayı açıqlanıb

Bakı. 24 aprel. REPORT.AZ/ “İcbari tibbi sığortanın tətbiq edildiyi tibb müəssisələrində həkimlərin əmək haqları 240-740, orta tibb işçilərinin 80-200, kiçik tibb işçilərinin əmək haqları isə 80-130 manat arasında artırılıb”.

“Report” xəbər verir ki, bunu Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev deyib.

Onun sözlərinə görə, bu ilin fevral ayında pilot ərazilərdəki tibb müəssisələrində sığortalı əhaliyə 101 268 tibbi xidmət, mart ayında isə 163 029 tibbi xidmət göstərilib.

Z.Əliyev qeyd edib ki, göstərilən xidmətin 67 faizini ambulator müayinələr təşkil edib, hər iki ay üzrə həyati vacib, dəyəri yüksək əməliyyatların sayı 118 təşkil edib: “Bununla yanaşı, Ailə Sağlamlıq mərkəzlərinin xəstəxanaların resurslarından, maliyyə vəsaitlərindən səmərəli istifadə edilməsində rolu artıb. Belə ki, Yevlax və Mingəçevirdə hər iki müraciətdən birinə ailə həkimi baxır, xəstəxanadakı ixtisaslı həkimlərə göndəriş edilmir”.

Son xəbərlər

Orphus sistemi