​İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əsasnaməsi və strukturu təsdiq edilib

​İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əsasnaməsi və strukturu təsdiq edilib Dövlət Agentliyinin işçilərinin say həddi bir ay müddətində müəyyən ediləcək
Sağlamlıq
16 Fevral , 2016 14:44
​İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əsasnaməsi və strukturu təsdiq edilib

Bakı. 16 fevral. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında fərman imzalayıb.

Qərara əsasən Nazirlər Kabineti Prezidentin aktlarının, bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb dövlət başçısına təqdim etməlidir, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin etməlidir.

Dövlət Agentliyinin işçilərinin say həddi bir ay müddətində müəyyən ediləcək. Mərkəzi icra hakimiyyəti orqanlarına normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlaması və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməsi tapşırılıb.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verilməsi tapşırılıb.

Son xəbərlər

Orphus sistemi