İbrahim Məmmədov: "Koronavirusa yoluxmanın sürəti sağalmanı dəfələrlə üstələyir"

İbrahim Məmmədov: "Koronavirusa yoluxmanın sürəti sağalmanı dəfələrlə üstələyir" 20 günlük müddətdə həmrəylik göstərib bu rejimə əməl etsək, inanıram ki, sağalma sayı sürətlə artacaq və dinamika dəyişəcək
Sağlamlıq
30 Mart , 2020 20:38
İbrahim Məmmədov: Koronavirusa yoluxmanın sürəti sağalmanı dəfələrlə üstələyir

"20 günlük müddətdə həmrəylik göstərib bu rejimə əməl etsək, inanıram ki, sağalma sayı sürətlə artacaq və dinamika dəyişəcək"

“Report” xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

O bildirib ki, bu gün ölkədə koronavirusa yoluxmanın sürəti sağalmanın sürətini dəfələrlə üstələyir: “Bu dinamikanı dəyişsək, yəni sağalmanın sürətini artırsaq, 20 gündən sonra sərbəstləşmə tədricən verilə bilər”.

Hökumət rəsmisi əlavə edib ki, sosial müdafiə ilə bağlı Nazirlər Kabinetinə daxil olan təkliflər paketi son müzakirə mərhələsindədir: “İmkansız, günəmuzd işləyənlər heç də narahat olmasın. Bilsinlər ki, onlar dövlətin himayəsindədirlər”.

Son xəbərlər

Orphus sistemi