Hindistanlı həkim Bakıda sümük iliyi transplantasiyası üzrə seminar keçirib

Hindistanlı həkim Bakıda sümük iliyi transplantasiyası üzrə seminar keçirib Dr. Gaurav Kharya 700-dən artıq sümük iliyi köçürülməsi edib
Sağlamlıq
23 Dekabr , 2017 19:39
Hindistanlı həkim Bakıda sümük iliyi transplantasiyası üzrə seminar keçirib

Bakı. 23 dekabr. REPORT.AZ/ Hematologiya və onkologiya üzrə hindistanlı böyük məsləhətçi, Dr. Gaurav Kharya Hematologiya və Transfuziologiya İnstitutu (HTİ) və Talassemiya Mərkəzi tərəfindən 15 və 18 dekabr tarixlərində təşkil olunmuş seminarlarda sümük iliyi köçürülməsi haqqında çıxış etmək üçün Bakıya səfər edib.

“Report” xəbər verir ki, seminara HTİ-nin direktoru Dr. Zöhrə Əlimirzəyeva və baş hematoloq Dr. Çingiz Əsədov sədrlik edib.

Dr. Gaurav Kharya talassemiya, oraq hüceyrəsi xəstəliyi, leykemiya, aplastik anemiya kimi xəstəliklərin müalicəsində yarı HLA uyğun sümük iliyi transplantasiyasının uğurlu göstəricilərlə artan əhəmiyyəti haqqında danışıb. O, həmçinin maksimum sayda xəstələrin faydalanması üçün Azərbaycan və Hindistan arasında sümük iliyi transplantasiyası sahəsində texnologiyanın ötürülməsi və biliyin bölüşülməsində mümkün tərəfdaşlığı müzakirə edib.

Dr.Gaurav Kharya Hindistanın Gurgaon şəhərində yerləşən Artemis xəstəxanasının Sümük İliyi Transplantasiyasının direktorudur və bu sahədə böyük təcrübəyə malikdir belə ki, o 700-dən artıq sümük iliyi köçürülməsi edib. Uyğun qohum donorların müntəzəm köçürülməsi ilə yanaşı, onun ixtisasıyarı HLA uyğun valideynlərdən donorlar kimi istifadə etməklə haploidentik sümük iliyi transplantasiyası həyata keçirməkdir.

Son xəbərlər

Orphus sistemi