Hər il 650 min insan qriplə bağlı respirator xəstəliklərdən ölür

Hər il 650 min insan qriplə bağlı respirator xəstəliklərdən ölür Bakı. 15 dekabr. REPORT.AZ/ Hər il 650 min insan qriplə bağlı respirator xəstəliklərdən ölür.
Sağlamlıq
15 Dekabr , 2017 10:36
Hər il 650 min insan qriplə bağlı respirator xəstəliklərdən ölür

Bakı. 15 dekabr. REPORT.AZ/ Hər il 650 min insan qriplə bağlı respirator xəstəliklərdən ölür.

"Report" BMT-nin xəbər mərkəzinə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) məlumat verilib.

Ümumiyyətlə, 75 yaşdan yuxarı insanlar, eləcə də planetin yoxsul bölgələrinin sakinləri daha çox riskə məruz qalırlar. ÜST-nin məlumatına görə, qripin səbəb olduğu ağır xəstəliklərdən daha çox Afrikada Saxaranın cənub hissəsində, Yaxın Şərqdə və Cənub-Şərqi Asiyada ölüm halları qeydə alınır.

Bu gün açıqlanana məlumatlar 10 ildən də artıq müddət əvvəlki hesablamalardan əhəmiyyətli dərəcədə çoxdur. O zaman dünyada qrip səbəbilə ölüm sayı 250-500 min arasında idi.

ÜST hər il qrip əleyhinə peyvənd vurulmasını tövsiyə edir və bununla həm xəstəliyə yoluxmadan yayınmağın, həm də onun ağır formasından qorunmağın mümkün olduğunu bildirir. Peyvəndin xüsusilə yaşlılar, hamilə qadınlar və tibb işçiləri üçün vacib olduğu qeyd edilir.

Son xəbərlər

Orphus sistemi