Yuxarı
    Bağlamaq

    Həkimlərin işə qəbulu ilə bağlı keçirilən müsahibələrin nəticələri açıqlanıb

    34 nəfər uğur qazanaraq işə qəbul edilib

    Bakı. 4 iyun. REPORT.AZ/ Həkimlərin mərkəzləşdirilmiş formada işə qəbulu ilə bağlı may ayının 22, 25, 27-də keçirilən müsahibələrin nəticələri açıqlanıb. Bu barədə "Report"a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Məlumatda bildirilir ki, müsahibə üçün 97 yer ayrılıb və prosesdə bu sayda iddiaçı iştirak edib. 34 nəfər uğur qazanaraq işə qəbul olunub. Müsahibədən keçən 1 nəfər isə təklif olunan işdən imtina edib.

    Müsahibədən müvəffəqiyyətlə keçmiş həkimlər may ayının 5-dən etibarən Sertifikasiya Komissiyasından (ünvan: Bakı şəh., Zərdabi 89) iş yerlərinə göndərişləri ala bilərlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi