Milli Məclisin komitə üzvü: "Həkimlərin bu maddələri reseptə yazmasının arxasında başqa məqsədlər durur"

Milli Məclisin komitə üzvü: "Həkimlərin bu maddələri reseptə yazmasının arxasında başqa məqsədlər durur" "150-200 manat maaş alan həkimə yenidən 250 manatlıq cərimə etməklə problemləri həll etmək olmaz"
Sağlamlıq
12 Aprel , 2017 13:05
Milli Məclisin komitə üzvü: Həkimlərin bu maddələri reseptə yazmasının arxasında başqa məqsədlər durur

Bakı. 12 aprel. REPORT.AZ/ Milli Məclisin Səhiyyə komitəsinin üzvü Rəşad Mahmudov bioloji fəallığa malik qida əlavələrinin həkim reseptinə yazılmasına görə nəzərdə tutulan cərimələri düzgün hal kimi qəbul etmədiyini bildirib.

“Report”un məlumatına görə, o deyib ki, dünyada bu gün vitamin preparatlarının əksəriyyəti, antibiotik xəstəyə resepetsiz verilməz: “Lakin xəstəyə ehtiyac olduğu təqdirdə vitamin azlığına görə, multivitamin kompleksi verilir. Bu da bioloji fəal maddələr qrupuna aiddir. Bu maddələrin yazılmasına görə həkimə əngəl qoyulması düz deyil. Uzun illər təcrübəli şəkildə fəaliyyət göstərən həkim istədiyi dərmanı yazmaq rahatlığına sahib olmalıdır. 150-200 manat maaş alan həkimə yenidən 250 manatlıq cərimə etməklə problemləri həll etmək olmaz. Bu, sadəcə gələcəkdə problemlərin fərqli yollarla artmasına səbəb olacaq”.

Ə.Əmiraslanov isə deputata cavab olaraq bəzən əsas müalicənin kənarda qaldığını, amma 2-3-cü dərəcəli preparatların ön plana çıxdığını vurğulayıb: “Bəzən bioloji aktiv maddələrin qiyməti dərman vasitələrindən daha baha olur. Biz bioloji aktiv maddələrin əleyhinə deyilik. Sadəcə həkimlərin bu maddələrin reseptə yazılmasının arxasında başqa məqsədlər durur. Məsələn, xəstə müalicə olunmaq üçün həkim yanına gəlir, həkim onu müalicə edəcəyini deyir. Amma xəstə müalicə edildikdən iki il sonra yenidən həkim yanına gəlir və görür ki, onun bədənində metastaz yaranıb. Belə hallar az deyil”.

Qeyd edək ki, iclasın gündəliyində yer alan məsələlər parlamentin plenar iclasına tövsiyə olunub.

Son xəbərlər

Orphus sistemi