Yuxarı
    Bağlamaq

    Həkim: “Azərbaycanda avtomobil qəzalarında ölənlərin sayı 31,3 faiz artıb”

    Son 10 ildə Azərbaycanda baş verən yol-nəqliyyat hadisələrinin sayı isə 33,1 faiz çoxalıb

    Bakı. 20 iyul. REPORT.AZ/ “Son 10 ildə Azərbaycanda baş verən yol-nəqliyyat hadisələrinin sayı 33,1 faiz artıb".

    "Report"un məlumatına görə, bunu Səhiyyə Nazirliyi Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Gəncə Regional Məntəqəsinin böyük həkimi Sevinc Hüseynova bildirib.

    Onun sözlərinə görə, hadisələr zamanı ölənlərin sayı 31,3 faiz, yaralananların sayı isə 32,6 faiz artıb.

    S.Hüseynova qeyd edib ki, statistik rəqəmlər ölkədə təcili yardım sahəsində yeni strukturun yaranmasına zəmin yaradıb: “Xəstələrə, yol-nəqliyyat hadisələrində xəsarət alan şəxslərə vaxtında və keyfiyyətli ilkin tibbi yardım göstərilməsi, xəstəxanalara çatdırılması mühüm işdir”.

    O qeyd edib ki, Təcili və Təxirəsalınmaz Tibbi Yardım əhalinin sağlamlığının qorunmasında böyük rol oynayır: “Qəflətli xəstəliklər, travmalar, bədbəxt hadisələr, sürətlə inkişaf edən patoloji proseslər, ağır xəstəliklər orqanizmin həyati vacib orqan və sistemlərində ağır pozulmalara gətirib çıxarır və həyat üçün çox böyük təhlükə yaradır. Bu sırada yol-nəqliyyat hadisələri xüsusi yer tutur. Belə ki, hər il avtomobil yollarında baş verən qəzalarda yüzlərlə insan həlak olur və ya ömürlük şikəst qalır”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi