"Günəşli" yatağında zərərçəkənlərə yardım göstərilməsi üçün psixoloqlardan ibarət briqada yaradılıb

"Günəşli" yatağında zərərçəkənlərə yardım göstərilməsi üçün psixoloqlardan ibarət briqada yaradılıb Səhiyyə Nazirliyi: Xəsarət alanların tezliklə sağalmaları üçün bütün zəruri addımlar atılır
Sağlamlıq
7 Dekabr , 2015 12:20
Günəşli yatağında zərərçəkənlərə yardım göstərilməsi üçün psixoloqlardan ibarət briqada yaradılıb

Bakı. 7 dekabr. REPORT.AZ/ "Günəşli" yatağının 10-cu dərin dəniz özülündə baş vermiş yanğın və qəza nəticəsində xəsarət alanların vəziyyəti səhiyyə naziri Oqtay Şirəliyevin daim nəzarətindədir. "Report" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, səhiyyə nazirinin xüsusi tapşırığına əsasən, xəsarət alan və hadisə nəticəsində itkin düşən neftçilərin yaxınlarına psixoloji yardımın göstərilməsi üçün psixoloqlardan ibarət briqada yaradılıb: "Bu gün psixoloqlar yenidən Mərkəzi Neftçilər Xəstəxanasında olub, onlara lazımi yardım göstəriblər. Xəsarət alanların tezliklə sağalmaları üçün bütün zəruri addımlar atılır".

Son xəbərlər

Orphus sistemi