Yuxarı

​Goranboy rayonunun Əzizbəyov kəndində yeni tibb məntəqəsi istifadəyə verilib

Layihə USAID və Azərbaycan hökumətləri tərəfindən birgə maliyyələşib

Bakı. 5 may. REPORT.AZ/ Bu gün Goranboy rayonunun Əzizbəyov kəndində yeni tibb məntəqəsinin tikintisinin başa çatması münasibətilə tədbir keçirilib. Tədbirdə yerli icra hakimiyyəti və bələdiyyə nümayəndələri, iqtisadiyyat və səhiyyə nazirliklərinin rəsmiləri, ABŞ səfirliyi və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) iştirak ediblər.

USAİD-dən "Report"a verilən məlumata görə, layihə Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) adlı proqram çərçivəsində Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən icra olunub və USAID və Azərbaycan hökumətləri tərəfindən birgə maliyyələşib.

Qeyd olunub ki, 1988-ci ildən tibb məntəqəsi kimi istifadə edilən köhnə iki otaqlı inzibati bina icmanın səhiyyə ehtiyaclarını ödəmək üçün münasib şərait təmin edə bilmədiyi üçün EWMI/SEDA layihəsinin dəstəyilə, icma yerli və regional hökumət qurumları ilə birgə işləyərək yeni tibb məntəqəsi inşa edib. Üç müayinə otağı və gözləmə otağı kimi istifadə olunan bir dəhlizdən ibarət yeni məntəqə icmanın 930-a yaxın sakininin gündəlik sağlamlıq durumunu yaxşılaşdıracaq.

Bu günə kimi, EWMI/SEDA layihəsi Azərbaycanın 64 icmasında 96,000-dən çox insana fayda verərək 72 layihə həyata keçirib. SEDA proqramı vasitəsilə EWMI icmalarda sosial-iqtisadi inkişafı artırmaq üçün vətəndaşların, vətəndaş cəmiyyəti təşkilatlarının, habelə yerli və mərkəzi hökumət nümayəndələrinin əməkdaşlığını təşviq edir. Bu layihə USAID tərəfindən maliyyələşir və İqtisadiyyat Nazirliyi və Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə, habelə ÜMİD yerli qeyri-hökumət təşkilatının iştirakı ilə həyata keçirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi