“Gilan Holding” otellərini karantin zonası üçün ayırdı

“Gilan Holding” otellərini karantin zonası üçün ayırdı “Gilan Holding” korporativ sosial məsuliyyət öhdəliyindən irəli gələrək koronavirus (COVİD-19) xəstəliyinin Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində dövlət tərəfindən həyata keçirilən tibbi-profilaktik və preventiv tədbirlərə öz töhfəsini verib.
Sağlamlıq
21 Mart , 2020 18:54
“Gilan Holding” otellərini karantin zonası üçün ayırdı

“Gilan Holding” korporativ sosial məsuliyyət öhdəliyindən irəli gələrək koronavirus (COVİD-19) xəstəliyinin Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində dövlət tərəfindən həyata keçirilən tibbi-profilaktik və preventiv tədbirlərə öz töhfəsini verib.

“Gilan Holding”dən “Report”a verilən məlumata görə, şirkətlər qrupuna daxil olan, Bakıda və bölgələrdə yerləşən bir çox otellər müvəqqəti fəaliyyət növlərini dəyişərək koronavirusla mübarizə sahəsinə cəlb edilib.

Hazırda bu məqsəd üçün ayrılmış otellər karantin məkanları kimi istifadəyə verilib. Müxtəlif dövlət qurumları ilə birgə fəaliyyət göstərən karatin məkanlarının bütün xərcləri də holdinq tərəfindən təmin edilməkdədir.

Qeyd edək ki, koronavirus (COVID-19) pandemiyasının qarşısını almaq məqsədilə ticarət, turizm və digər sahələrdə xüsusi iş rejimlərinin tətbiq olunmasının ölkədə işgüzar fəallığın zəifləməsi və iqtisadiyyatın bir sıra sahələrinin inkişafına mənfi təsir göstərməsinə baxmayaraq, “Gilan Holding” əhalinin məşğulluq məsələlərinə həssas yanaşır və şirkətlər qrupuna daxil biznes vahidlərində mənfi təsirin azaldılması üçün biznesin davamlılığına dəstək verərək, yaranmış bu vəziyyətdə həm məşğulluğun təmin edilməsinə, həm əhaliyə, həm də ölkə iqtisadiyyatına öz töhfəsini verməkdədir.

Son xəbərlər

Orphus sistemi