Gəncədə könüllü qanvermə aksiyası keçiriləcək

Gəncədə könüllü qanvermə aksiyası keçiriləcək Region gəncləri arasında qan donorluğu inkişaf etdirilir
Sağlamlıq
14 Mart , 2015 14:38
Gəncədə könüllü qanvermə aksiyası keçiriləcək

Bakı. 14 mart. REPORT.AZ/ Gənclər üçün Təhsil Mərkəzi Gəncə Regional Ofisi Azərbaycan Qızıl Aypara Cəmiyyəti, Mərkəzi Qan Bankı və Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin birgə təşəbbüsü ilə Gəncə Dövlət Universitetində "Region gəncləri arasında qan donorluğunun inkişafına dəstək" adlı seminar təşkil edilib. "Report" xəbər verir ki, seminarın keçirilməsində əsas məqsəd qan donorluğunun inkişafında gənclərin rolunu artırmaq və bu sahədə maarifləndirmə işini gücləndirməkdir.

Yüzdən çox tələbənin iştirak etdiyi seminarda Gənclər üçün Təhsil Mərkəzinin, Gəncə Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin nümayəndələri, Qızıl Aypara Cəmiyyətinin Sağlamlıq üzrə proqram rəhbəri, Mərkəzi Qan Bankının Gəncə Bölməsinin rəhbəri çıxış edərək qan donorluğunun inkişaf etdirilməsi istiqamətində görülən işlər və həyata keçiriləcək fəaliyyətlər haqqında gənclərə geniş məlumat veriblər. 

Qeyd edək ki, aprelin 7-də Gənclər üçün Təhsil Mərkəzi Gəncə şəhərində irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqları qanla təmin etmək üçün gənclər arasında könüllü və təmənnasız qanvermə aksiyası həyata keçirəcək.

Son xəbərlər

Orphus sistemi