Yuxarı

Gələn ildən Azərbaycanın kənd yerlərində həkimlərin sayı artırılacaq

İşin icrası Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub

Bakı. 24 dekabr. REPORT.AZ/ Gələn ildən etibarən kənd yerlərində həkimlərin sayı artırılacaq. "Report" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün strategiya" sənədində müddəa yer alıb.

Sənədə əsasən, işçi qüvvəsi ehtiyatları və kadr axınının illik göstəriciləri ilə bağlı mövcud vəziyyəti yaxşılaşdırmaq üçün 2016-2020-ci illərdə kənd yerlərində ilkin səhiyyə müəssisələrinin tibbi kadrlarla təminatı nəzərdə tutulur. Bununla da ilkin səhiyyə mütəxəssislərinin sayı artırılacaq.

İşin icrası Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi