Gələn il Azərbaycan şəkərli diabetdən əziyyət çəkən uşaqlara 200 ədəd insulin pompası alacaq

Gələn il Azərbaycan şəkərli diabetdən əziyyət çəkən uşaqlara 200 ədəd insulin pompası alacaq Həmçinin gələn ildən bütün şəkərli diabet xəstələrə Səhiyyə Nazirliyi tərəfindən pulsuz dərmanların verilməsi nəzərdə tutulub
Sağlamlıq
19 Noyabr , 2015 10:23
Gələn il Azərbaycan şəkərli diabetdən əziyyət çəkən uşaqlara 200 ədəd insulin pompası alacaq

Bakı. 19 noyabr. REPORT.AZ/ "Gələn il üçün şəkərli diabetdən əziyyət çəkən uşaqlara 200 ədəd insulin pompasının alınması nəzərdə tutulub. Bütün respublika rayonlarında pompa ilə işləyə bilən xəstələrə insulinləri paylamaq niyyətindəyik". Bunu "Report"a Respublika Endokrinoloji Mərkəzin direktor müavini Babək Salek deyib.

O bildirib ki, pompalar əsasən Cənubi Koreya buraxılışı olur: "Pompanın istifadəsi daha rahatdır. Bu günə qədər ölkəyə gətirilən pompaların içərisində onun istifadə qaydaları xarici dildə idi. Ona görə də pompanı gətirən müvafiq şirkətlərdən içlik vərəqəsinin Azərbaycan dilində yazılmasını xahiş etmişdik. Onlar da bu təklifimizə müsbət cavab verdilər. Artıq içlik vərəqələri hər kəsin başa düşəcəyi dildədir".

B.Salek onu da qeyd edib ki, gələn ildən bütün şəkərli diabet xəstələrinə Səhiyyə Nazirliyi tərəfindən pulsuz dərmanların verilməsi nəzərdə tutulub.

Xatırladaq ki, bu il Azərbaycanda 1000-dən çox gəncdə şəkərli diabet xəstəliyi aşkar olunub.

Son xəbərlər

Orphus sistemi