Gələn həftədən çimərliklərdə dəniz suyu yoxlanılacaq

Gələn həftədən çimərliklərdə dəniz suyu yoxlanılacaq Ziyəddin Kazımov: "Tədqiqatların nəticəsi iyunun 1-dək məlum olacaq"
Sağlamlıq
11 May , 2017 16:15
Gələn həftədən çimərliklərdə dəniz suyu yoxlanılacaq

Bakı. 11 may. REPORT.AZ/ Gigiyena və Epidemiologiya Mərkəzi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Monitorinq İdarəsi ilə birgə gələn həftədən başlayaraq çimərliklərin yararlılığını təyin etmək üçün dəniz suyundan analizlər götürəcək.

Bunu "Report"a açıqlamasında Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitariya-gigiyena şöbəsinin müdiri Ziyəddin Kazımov deyib.

Onun sözlərinə görə, yoxlamalar Abşeron yarmadasının 6 inzibati rayon ərazisini, eyni zamanda respublikanın cənub və şimal zonalarını əhatə edəcək: "Yoxlamaların nəticəsi bəlli olduqdan sonra ictimaiyyətə məlumat veriləcək. Analizlərin tədqiqat müddəti var və iyun ayının 1-nə kimi məlumatlar hazır olacaq. Çimərlik mövsümü oldu-olmadı havalar istiləşəndə biz dəniz suyundan nümunələr götürürük".

O bildirib ki, əvvəlki illərdə çimərlik üçün yararsız olan sahələrdə hazırda hansı vəziyyətin hökm sürdüyü tədqiqatlardan sonra məlum olacaq.

Qeyd edək ki, çimərlik mövsümü iyun ayının 15-də başlayacaq.

Son xəbərlər

Orphus sistemi