"​Formula-1" yarışları üçün 100 yeni təcili yardım avtomobili alınıb

"​Formula-1" yarışları üçün 100 yeni təcili yardım avtomobili alınıb İlkin tibbi yardım etmək üçün stansiyanın tibbi heyətinin hazırlıq məşğələlərinin keçirilməsi nəzərdə tutulub
Sağlamlıq
21 Aprel , 2016 11:08
​Formula-1 yarışları üçün 100 yeni təcili yardım avtomobili alınıb

Bakı. 21 aprel. REPORT.AZ/ "Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası ölkədə keçirilməsi nəzərdə tutulan beynəlxalq səviyyəli tədbirlərdə təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin yüksək səviyyədə təşkili məqsədi ilə zəruri işlər görür".

"Report"un məlumatına görə, bunu Stansiyanın baş həkimi Rauf Nağıyev mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 17 yaşadək futbolçular arasında Avropa çempionatı və "Formula-1" yarışlarında idmançılara, xarici ölkələrdən gələn azarkeşlərə və tamaşaçılara ilkin tibbi yardım göstərmək üçün stansiyanın tibbi heyətinin hazırlıq məşğələlərinin keçirilməsi nəzərdə tutulub. Bundan əlavə, Bakıya tədbirlər üçün 100 yeni müasir avadanlıqlarla təchiz olunan təcili yardım avtomobilləri gətirilib. Yarışlarda hər kəsə təcili yardım göstərmək üçün kifayət qədər həkim briqadası var. Eytiyac olarsa, əlavə həkim briqadaları da bu işə cəlb edilə bilər".

Baş həkim onu da qeyd edib ki, "Bakı-2015"də stansiya bölmələrinin 200-ə yaxın seçilmiş həkimləri təlim kurslarına cəlb olunub: "Bu il keçiriləcək beynəlxalq yarışlara da həmin heyət yenidən təlimlərə cəlb olunaraq, onların xidmətlərindən istifadə olunacaq".

Son xəbərlər

Orphus sistemi