Yuxarı

Səhiyyə Nazirliyi: "Evə buraxılan 22 nəfər sabah yenidən müayinə üçün xəstəxanaya gedəcək"

Hazırda xəstəxanada 8 nəfərin müalicəsi davam edir.

Bakı. 6 dekabr. REPORT.AZ/ Mərkəzi Neftçilər Xəstəxanasına müraciət edən və ilkin ambulator yardım göstərilərək evə buraxılan 22 nəfər sabah yenidən müayinə üçün xəstəxanaya gedəcək. Bu barədə "Report"a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova məlumat verib.

Xatırladaq ki, hazırda xəstəxanada 8 nəfərin müalicəsi davam edir. Onlar Mərdan Rəcəbov, Allahverdi Məmmədov, Məlahət Əliyeva, Rəşid Hüseynov, Mais Abbasov, Ənvər Əliyev, Faiq Cəfərov və Atakişi Orucovdur. 

Qeyd edək ki, "Günəşli" yatağında baş verən yanğından 32 nəfər xilas edilib, bir nəfər isə həlak olub. Digər şəxslərlə bağlı axtarış-xilasetmə işləri davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi