Yuxarı

Estoniya nümayəndə heyəti Bakıda səhiyyə sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcək

Səfər sentyabrın 17-19-da baş tutacaq

Bakı. 5 sentyabr. REPORT.AZ/ Estoniya nümayəndə heyəti Bakıda səhiyyə sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcək.

Estoniyanın Azərbaycandakı nümayəndəliyindən "Report"a bildiriblər ki, səfər sentyabrın 17-19-da baş tutacaq.

Nümayəndə heyətinin tərkibinə professorlar, həkimlər Estoniya Səhiyyə Nazirliyinin əməkdaşları daxildir. 

Nümayəndə heyəti Bakıda bir sıra görüşlər keçirəcək, eləcə də bir neçə xəstəxanaya baş çəkəcək və orada yaradılmış şəraitlə tanış olacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi