Yuxarı
    Bağlamaq

    Estetik əməliyyatlarda yaş həddi getdikcə aşağı düşür

    Gənc qızlar estetik əməliyyatlarla getdikcə bir-birinə oxşayırlar

    Bakı. 25 mart. REPORT.AZ/ "Estetik əməliyyatlarda müxtəlif amillər səbəbindən yaş həddi getdikcə aşağı düşür. Belə ki, qızlar 15, oğlanlar isə 16 yaşında estetik əməliyyat etdirirlər". "Report" bu barədə "Anadolu" agentliyinə istinadən məlumat verir.

    Türkiyənin Estetik, Plastik və Rekonstruktiv Cərrahiyyə mütəxəssisi Nəcməddin Kutlu açıqlamasında deyib ki, son illər dünyanın bir çox yerində gənclər estetik əməliyyatlara daha çox meyl edirlər: "Bu cür əməliyyatlar ya sağlamlıq, ya da istəyə görə edilir. Bu günə qədər burun əməliyyatlarına qəbul edilən xəstələrin yaş həddi qızlarda 17, oğlanlarda isə 18 olduğu halda, hazırda yaş həddi 2 yaş qabağa çəkilib".

    Türkiyəli həkim onu da xatırladıb ki, insan sağlamlığına zərər verəcək estetik əməliyyatlar aparılmamalıdır: "Qadınlar ən çox burun, otoplastika (çömçə qulaq), dodaq qalınlaşdırma, qarın dartma və əyri ayaqların düzəldilməsi üçün müraciətlər edirlər. Kişilər də, həmçinin burun, otoplastika, əsasən artıq piylərin götürülməsi, sinələrdə həddindən artıq böyümənin aradan qaldırılması və qarın dartma əməliyyatları həyata keçirilir. Artıq estetik əməliyyatlarda yaş həddi müxtəlif amillər səbəbindən getdikcə aşağı düşür. Qızlar 15, oğlanlar isə 16 yaşında əməliyyat etmək niyyətində olurlar".

    Kutlu həmçinin əlavə edib ki, internet və televiziya serialları estetik əməliyyatların gənclər arasında yayılmasında təsirli rol oynayır. Eyni zamanda gənc qızlar estetik əməliyyatlarla getdikcə bir-birinə oxşayırlar. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi