Yuxarı
    Bağlamaq

    Bayram Səfərov: "Ermənistandan qaçanların o qədər dövlətlərin arasından məhz Azərbaycana sığınması təsadüfü deyil"

    Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri: : Bu, dünya ictimaiyyətinə bir mesajdır

    Bakı. 22 sentyabr. REPORT.AZ/ "Hər zaman Ermənistanda gedən proseslər haqqında məlumatlı olmuşuq. Orada baş verən hadisələr, eləcə də bugünkü Ermənistan rəhbərliyinin siyasətdən kənar olan ermənilərin başına açdığı oyun göz önündədir. Ermənistandan qaçanların o qədər xalqların, dövlətlərin arasından məhz Azərbaycana sığınması təsadüfü deyil, xalqımızın yüksək mədəniyyəti, insani dəyərlərə qiymət verməsi, çətin durumda olanlara əl uzatmaq qabiliyyəti, humanistliyi ilə bağlıdır". "Report" xəbər verir ki, bunu Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin rəhbəri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov jurnalistlərə açıqlamasında deyib. 

    Bir neçə gün əvvəl erməni Vahan Martirosyanın ailəsi ilə birlikdə Azərbaycana sığınmasına münasibət bildirərən icma rəhbəri qeyd edib ki, ona Azərbaycan vətəndaşlığının verilməsi ölkə başçısı İlham Əliyevin səlahiyyətində olan məsələdir: "Yəqin ki, həmin şəxs haqqında ətraflı məlumat toplanacaq. Bilinməlidir ki, o, Dağlıq Qarabağ müharibəsində, Azərbaycan torpaqlarının işğalında iştirak edib ya yox. Xalqımıza qarşı onun pisliyi olub-olmaması məsələsi araşdırılmalıdır". 

    B.Səfərov qeyd edib ki, Ermənistan vətəndaşının Azərbaycana sığınması dünya ictimaiyyətinə bir mesajdır: "Hətta bu, Avropa Parlamentinin qəbul etdiyi sonuncu qərəzli qətnaməyə erməni xalqı tərəfindən bir cavab oldu. Erməni bu hərəkəti ilə Avropa Parlamentinə "ayıbdır" dedi və avropalılara mesaj verdi ki, Azərbaycan haqqında bilmədiyiniz məsələlərlə bağlı sənəd qəbul etməyin, addım atmayın".

    Ermənistandan qaçaraq Azərbaycana sığınan, bir neçə il burada qalan erməni ailəsinin geri qayıtdıqdan sonra Azərbaycan haqda yalan və böhtan xarakterli açıqlamalar verməsinə gəlincə, B.Səfərov deyib ki, həmin ailənin buradakı yaşayış durumu hər kəsə bəlli idi: "Separatçı və işğalçı rejim onları yediyi çörəyi tapdalamağı məcbur edirlər. Onsuz da Ermənistandan qaçıb yenidən ora qayıtmaq çətindir. Zaman keçdikdən sonra qara buludlar onun başının üzərindən götürülsə o yenə də Azərbaycan xalqından üzr istəyəcək".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi