Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda müalicə olunan xəstələrin sayı açıqlanıb

Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda müalicə olunan xəstələrin sayı açıqlanıb Həmin xəstələrdən 7000 nəfərdən çoxu ambulator, 1900-ü isə stasionar qaydada müalicə olunublar
Sağlamlıq
21 Dekabr , 2016 11:26
Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda müalicə olunan xəstələrin sayı açıqlanıb

Bakı. 21 dekabr. REPORT.AZ/ Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda (ETTOİ) il ərzində təqribən 9000 nəfər xəstəyə yardım göstərilir. 

“Report” xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında institutun direktoru Vaqif Verdiyev bildirib. 

Onun sözlərinə görə, həmin xəstələrdən 7000 nəfərdən çoxu ambulator, 1900-ü isə stasionar qaydada müalicə olunublar: "İl ərzində institutda 1500-ə yaxın cərrahi əməliyyat aparılır". 

V. Verdiyev qeyd edib ki, institutun klinikası 200 çarpayıdan, 7 cərahiyyə otağından ibarətdir: "Burada 417 nəfər çalışır. Onlardan 51 nəfəri elmi işçi, 1 nəfər əməkdar elm xadimi, 1-i əməkdar həkim, 3 nəfəri professordur. 7 elmlər doktoru, 16 fəlsəfə doktoru fəaliyyət göstərir”.

Həkim bildirib ki, ETTOİ-da dayaq hərəkət sisteminin zədələnmələri və anadangəlmə qüsurların müalicəsində müasir texnologiyalar və üsullardan istifadə olunur: “Çoxsaylı, bir neçə sümüklərin sınıqları, çox qəlpəli oynaqdaxili sınıqları və onların fəsadları, çanaq sümüklərinin, xüsusən sirkə kasasının sınıqları müasir üsullarla ostesintez edilir. Anadangəlmə dayaq-hərəkət sistemində təsadüf edilən deformasiyaların və xəstəliklərin diaqnostikası və cərrahi müalicəsi zamana uyğun səviyyədə aparılıb və uğurlar əldə olunub”.  

Son xəbərlər

Orphus sistemi