Yuxarı

Ekologiya və Təbii Sərvətlər Nazirliyində könüllü qanvermə aksiyası keçirilib

Aksiyada nazirliyin 400-ə yaxın əməkdaşı iştirak edib

Bakı. 13 aprel. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) könüllü qanvermə aksiyası keçirilib.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, aksiyada ETSN-in 400-ə yaxın əməkdaşı iştirak edib.

B.Eyvazov adına Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim hemotoloqları donorların sağlamlıq vəziyyətini yoxladıqdan sonra onlardan qan götürüblər.

Keçirilən bu cür aksiyalar hemofiliya və talassemiyadan əziyyət çəkən insanların qanla təminatı üçün respublikada artıq ənənəvi hal alan nəcib tədbirlərin davamıdır.

Götürülən qan nümunələri laboratoriyada müayinə edildikdən sonra aidiyyəti üzrə istifadə olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi