Yuxarı
    Bağlamaq

    Əhliman Əmiraslanov: "Şiş əleyhinə preparatların istehsalının Azərbaycanda reallaşması müşkül məsələdir"

    Vaxt gələcək, bədxassəli şişlərin qarşısının alınması reallığa çevriləcək

    Bakı. 11 fevral. REPORT.AZ/ “Şiş əleyhinə olan preparatların sintezi, istehsalı son dərəcədə böyük vəsait tələb edir. Ona görə də bu məsələnin Azərbaycanda reallaşması müşkül məsələdir. SSRİ dövründə Moskvada bir çox universitetlərin çalışması nəticəsində hələ o zamanlar dünyada yüzlərlə şiş əleyhinə preparat olduğu halda, cəmi 2 preparat hazırlaya bilmişdilər. Həmin preparatlar da praktiki olaraq zaman keçdikcə sıradan çıxdı”. “Report” xəbər verir ki, bu fikirləri AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi Əhliman Əmiraslanov Akademiyanın Rəyasət Heyətinin bu gün keçirilən iclasında çıxış edərkən deyib.

    Onun sözlərinə görə, indi bu məsələ ilə ayrı-ayrı institutlar deyil, transkontinental şirkətlər məşğul olur: “Çünki bunlar həddindən artq bahalı preparatlardır. Onların sintezi, istehsalı, təmizlənməsi, müxtəlif mərhələlərdə sınaqdan keçirilməsi üçün çox böyük vəsait tələb olunur. Dünyada sırf bu işlə məşğul olan bəzi şirkətlər bu sahəyə milyardlarla vəsait qoyaraq bundan iki-üç qat artıq vəsait götürürlər. Azərbaycanda da bu istiqamətdə işlərə başlaya bilərik. Ancaq inanmıram ki, bizim bugünkü laboratoriyaların imkanları ilə hazırlanan preparatlar böyük şirkətlərin hazırladığı preparatlardan daha effektli olsun”.

    O, həmçinin əlavə edib ki, bu gün Azərbaycanda bədxassəli şişlərin qarşının alınmasında əhəmiyyətli işlər görülür: “Vaxt gələcək, bədxassəli şişlərin qarşısının alınması reallığa çevriləcək. Belə ki, gələcəkdə yalnız bir barmaqdan qan verməklə bədxassəli şişə yoluxmaq şansının olub-olmadığını bilmək olacaq”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi