Əhliman Əmiraslanov: "Bəzən bilməyərəkdən də səhvlərə yol verilə bilər"

Əhliman Əmiraslanov: "Bəzən bilməyərəkdən də səhvlərə yol verilə bilər" "Hər zaman ehtiyatlı olmalıyıq"
Sağlamlıq
29 Mart , 2016 12:10
Əhliman Əmiraslanov: Bəzən bilməyərəkdən də səhvlərə yol verilə bilər

Bakı. 29 mart. REPORT.AZ/ "Cinayət törədən psixi xəstəliyi olan insanların problemi həmişə cəmiyyətin nəzərində olub. Hələ SSRİ dövründə bu sahədə çoxlu sayda pozuntular olub. Hətta bəzən dünya ictimiayyəti bu sahədə olan çatışmazlığa ciddi iradlar tutub". "Report"un məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bugünkü iclasında "Psixiatriya yardımı haqqında" qanunda dəyişiklik edilməsi barədə" qanun layihəsinin müzakirəsi zamanı deyib.

"Hətta o vaxt üçün deyirdilər ki, SSRİ-də xəstə olmayan insanları psixi xəstə kimi psixiatriya müəssisələrinə yerləşdirirlər. Bunu da insan haqlarının kobud şəkildə pozulması kimi qiymətləndirirdilər. Bu gün belə hadisələr az olsa da, bu istiqamətdə hər zaman ehtiyatlı olmalıyıq. Ona görə də psixi pozuntusu olan şəxslər barəsində tibb müəssisəsinin müdriyyətinin təqdimatı və həkim-psixiatr komissiyasının və məhkəmələrin bu sahədə məsuliyyəti çox böyük olmalıdır. Çünki bəzən bu xəstəliklə xəstə olmayanlar arasında səddi çəkmək də çətin olur. Bəzən bilməyərəkdən də səhvlərə yol verilə bilər". 

Son xəbərlər

Orphus sistemi