Əczaçılıq şirkəti ​Vergilər Nazirliyinə qarşı 57 min manatlıq iddia qaldırıb

Əczaçılıq şirkəti ​Vergilər Nazirliyinə qarşı 57 min manatlıq iddia qaldırıb İşə Bakı Apellyasiya Məhkəməsində baxılır
Sağlamlıq
19 Noyabr , 2015 11:22
Əczaçılıq şirkəti ​Vergilər Nazirliyinə qarşı 57 min manatlıq iddia qaldırıb

Bakı. 19 noyabr. REPORT.AZ/ “Folium Farm” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Vergilər Nazirliyi (VN) yanında Bakı Vergilər Departamentini məhkəməyə verib.

“Report”un məlumatına görə, MMC departamentin aktının qismən ləğv edilməsi, vergi və maliyyə sanksiyası borcunun silinməsi və müəssisənin 21 noyabr 2014-cü il tarixinə 57 311 manat həcmində artıq ödəmənin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə tələb irəli sürüb.

2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı rədd edib. Qərarla razılaşmayan “Folium Farm” apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Son xəbərlər

Orphus sistemi