Ebola virusu qlobal xarakterli xəstəlik kateqoriyasından çıxarılıb

Ebola virusu qlobal xarakterli xəstəlik kateqoriyasından çıxarılıb Epidemiya səbəbindən dünyada 11 316 insan həyatını itirib
Sağlamlıq
30 Mart , 2016 10:37
Ebola virusu qlobal xarakterli xəstəlik kateqoriyasından çıxarılıb

Bakı. 30 mart. REPORT.AZ/ "Ebola virusu qlobal xarakterli xəstəlik kateqoriyasından çıxarılıb". "Report"un xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəladə Vəziyyət Komitəsinin Cenevrədə keçirdiyi mətbuat konfransında bildirilib.

Mətbuat konfransında qeyd olunub ki, Qərbi Afrikada 11 mindən çox insanın ölümünə səbəb olan Ebola virusu artıq qlobal yayılma riskini keçib.

"Artıq virusun qarşısını sürətlə almaq üçün imkanlar var. Ona görə də bu virus insanların sağlamlığını təhlükə altına sala biləcək qlobal xarakterli deyil" - bəyanatda deyilir.

Qeyd edək ki, ÜST-ün statistikasına əsasən, bu epidemiya səbəbindən dünyada 11 316 insan həyatını itirib.

Son xəbərlər

Orphus sistemi