Əziz Əliyevin 120 illik yubileyi Travmotologiya və Ortopediya İnstitutunda qeyd olunub

Əziz Əliyevin 120 illik yubileyi Travmotologiya və Ortopediya İnstitutunda qeyd olunub Onun xidmətlərindən bəhs olunub
Sağlamlıq
25 Yanvar , 2017 16:44
Əziz Əliyevin 120 illik yubileyi Travmotologiya və Ortopediya İnstitutunda qeyd olunub

Bakı. 25 yanvar. REPORT.AZ/ Elmi Tədqiqat Travmotologiya və Ortopediya İnstitutunda Əziz Əliyevin 120 illik yubileyinə həsr olunan tədbir keçirilib. “Report”un məlumatına görə, tədbirdə Ə.Əliyevin xidmətlərindən bəhs olunub.

Qeyd olunub ki, 1951-1959-cu illərdə (qısa bir fasilə ilə) institutun direktoru olmuş Ə.M.Əliyev birinci növbədə keçmiş məktəb binasında yerləşən institutu xeyli abadlaşdırıb. O, bu işlərin görülməsində özü də şəxsən iştirak edərək başqaları üçün nümunə olub.

Vətən müharibəsi əlillərinə tibbi xidməti gücləndirmək məqsədilə, institutun əməkdaşları müntəzəm surətdə respublika rayonlarına gedərək, yerlərdə tibbi müayinə komissiyaları təşkil ediblər. Bakıda stasionar bərpa müalicəsinə ehtiyacı olan müharibə əlillərinin hesaba alınması və seçilməsi işi mərkəzi həkimlik-seçim komissiyası tərəfindən aparılırdı. Bakıda və respublikanın başqa rayonlarında icra edilən yoxlamaların nəticələrinə əsasən, institut müharibə əlillərini fəal surətdə müalicəyə dəvət edərək və onların yerlərdə xəstəxanaya qoyulması üçün tədbirlər görülüb.

Aparılan elmi-müalicəvi işlər Vətən müharibəsi əlillərinin bərpa müalicəsinə həsr edilir və onun yekunları prof. Ə.M.Əliyevin təşəbbüsü və səyi nəticəsində 17-19 iyun 1952-ci ildə Cənubi və Şimali Qafqaz respublikaları mütəxəssislərinin iştirakı ilə Bakıda keçirilmiş konfransda təcrübə mübadiləsi müzakirə edilib. İnstitutun bütün mühüm məsələləri kollegial şəkildə, sədri Ə.М.Əliyev olan Еlmi Şurada müzakirə edilir.

İnstitutda yeni şöbələr və laboratoriyalar açılır, müasir müalicə metodları tətbiq edilir, istedadlı mütəxəssislər işə cəlb olunurlar. İnstitutda 300 çarpayılıq bərpa cərrahlığı, üz-çənə cərrahlığı, travmatoloji, cərrahiyyə və ortopedik şöbələr açılır.

Müalicə-diaqnostika laboratoriya və kabinetlərdən klinik-diaqnostik, biokimyəvi, bakterioloji, histoloji laboratoriyalar, rentgen, qanköçürmə, bədən tərbiyəsi ilə müalicə və fizioterapiya kabinetləri yaradılıb. 1952-ci ildə tam təchiz edilmiş fizioloji laboratoriya təşkil olunub.

İnstitut ortopediya-travmatologiya üzrə baş müəssisə olaraq respublikanın regionlarında mütəmadi elmi-praktiki səyyar sessiyalar keçirərək ixtisasın səviyyəsinin sürətlə qаlxmasına nail olur. Ortopedik-travmatoloji yardımı yaxşılaşdırmaq üçün 10 il ərzində təkcə 1952-ci ildə 29, 1953-cü ildə 36, 1954-cü ildə 49, 1955-ci ildə 38 obyektə təlimat verilib.

İnstitut, travmatizmin profilaktikasına, kolxozlarda, sovxozlarda və MTS-lərdə travmatoloji yardımın təşkilinə dair kompleks tədbirlərin köçürülməsinə müvafiq olaraq, respublikanınkəndrayonlarında səhiyyə təşkilatları və müəssisələrinə kömək göstərilmişdir. Travmatoloji yardımın vəziyyətinin, xəstəxanalar, həkim və mamalıq-feldşer məntəqələrinin travmatoloji avadаnlıqla təchiz olunmаsının yoxlanmasına, travmatologiya üzrə tibbi kadrların hazırlanmasına xeyli diqqət yetirilib.

İnstitut əməkdaşlarının yerlərdə apardıqları yoxlamanın gedişində rayon və kənd sahə xəstəxanalarında xəstələrin ambulator qəbulu, məsləhətlər, cərrahi əməliyyat və s. keçirmək yolu il həkimlərə lazımi əməli yardım göstərilmiş məsləhətlər verilib. 1952-ci ildən etibarən respublika rayonlarında (Bərdə, Yеvlax, Mingəçevir, Quba) travmatizmin profilaktikası və azaldılmasına dair institutun səyyar elmi sessiyaları keçirilir. Yerlərdəki həkimlər belə sessiyaların işinəgeniş şəkildə cəlb olunurlar. İnstitut sanitariya aviasiyası xətti üzrə respublikanın kənd rayonlarına böyük yardım göstərilir.

Son illər ərzində respublikanın kənd rayonlarında travmatizm xeyli azalıb. Belə ki, 1955-ci ildə ümumi xəstələnmənin həcminə nisbətən travmatizmin həcmi 1952-ci ildəki 9,2% əvəzinə 7,7% təşkil edib.

Əziz Əliyevin Bakı Elmi-Tədqiqat Ortopediya və Bərpa Cərrahlığı İnstitutunda apardığı böyük işlər bunlarla bitmirdi. Kadrların yetişdirilməsi məsələsi ön planda dayanırdı. Bu dövrdə onlarla elmi əməkdaş namizədlik və doktorluq dissertasiyası müdafiəetmişlər. Bunların içərisində milli kadrlar üstünlük təşkil edir. Azərbaycanda və Şərqdə ilk qadın travmatoloq H.Ə.Seyidova tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülür. Qısa bir müddətdə Ə.М.Əliyev tərəfindən 33 elmi əsər işlənmiş, ortopediya və travmatologiya sahəsində işlər yaxşılaşdırılmışdır. İnstitut kollektivinin səyi nəticəsində qarşıya qoyulan məsələ 1956-cı ilə qədər öz həllini tapdı və əlillərin 70%-ə qədərinin əmək qabiliyyəti bərpa olundu. İnstitut həkimlərin və orta tibb işçilərinin travmatologiya və ortopediya sahəsində ixtisaslarını artırmaq işinə xeyli diqqət yetirir. 1946-1955-ci illərdə 871 tibb işçisi, o cümlədən 401 həkim və 470 orta tibb işçisi öz ixtisasını artırıb.

Səhiyyənin digər sahələrinin inkişafına təkan verən Ə.М.Əliyevin xidməti dövləti tərəfindən layiqincə qiymətləndirilib, bir çox orden medal və fəxri adlarla təltif edilib: "SSRİ-nin səhiyyə əlaçısı" döş nişanı, iki dəfə Lenin ordeni, I dərəcəli "Vətən müharibəsi" ordeni, "Qırmızı Əmək Bayrağı" ordeni və s. Ə.М.Əliyevin redaktorluğu ilə institutun 122 elmi işini əhatə edən 5 cildlik elmi əsərləri çap edilib, 13 metodiki broşura buraxılıb.

Son xəbərlər

Orphus sistemi