DYP: Avtobus sərnişinlərinin yalnız 30-40 faizi maskadan istifadə edir

DYP: Avtobus sərnişinlərinin yalnız 30-40 faizi maskadan istifadə edir Bir çox sahələrdə fəaliyyət dayandırılıb. İctimai nəqliyyatın hərəkəti üçün ayrıca zolaqların ayrılmasını biz də istəyərdik, amma Bakıda bu zolaqların yaradılması bütün küçələrdə mümkün deyil.
Sağlamlıq
20 İyun , 2020 12:14
DYP: Avtobus sərnişinlərinin yalnız 30-40 faizi maskadan istifadə edir

"Bir çox sahələrdə fəaliyyət dayandırılıb. İctimai nəqliyyatın hərəkəti üçün ayrıca zolaqların ayrılmasını biz də istəyərdik, amma Bakıda bu zolaqların yaradılması bütün küçələrdə mümkün deyil".

"Report" xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi Kamran Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, sərnişinlərin avtobusda olarkən maskadan istifadə etməsi vacibdir:

"Xahiş edirik ki, ictimai nəqliyyata minən şəxslər mütləq tibbi maskalardan istifadə etsin. Sərnişinlərin təxminən 30-40 faizi maskadan istifadə edir. Polis bütün avtobusları bir-bir saxlayıb cərimə edəsi deyil. Vətəndaşlar məsuliyyətli olmalıdır”.

Son xəbərlər

Orphus sistemi