Bakı. 9 mart. REPORT.AZ/ "Dünyada hər 8 qadından biri süd vəzisi xərçəngindən əziyyət çəkir. Hər il təxminən 450 min qadın bu xəstəlikdən həyatını itirir". "Report"un xəbərinə görə, bunu Acıbadem Adana Xəstəxanasının professoru Sinan Yavuz bildirib.
O qeyd edib ki, xəstəlik vaxtında aşkar edildikdə qadın həm əməliyyat oluna bilər, həm də onun yaşama müddətini artırmaq mümkündür. "Xəstəlikdən əziyyət çəkən qadınlar üçün əsas olan amil əməliyyat olduqdan sonra süd vəzilərinin saxlanılmasıdır", - professor əlavə edib.