​Dünyada Hepatit virusundan ildə 1,4 milyon insan dünyasını dəyişir

​Dünyada Hepatit virusundan ildə 1,4 milyon insan dünyasını dəyişir Bu gün Ümumdünya Hepatit Günüdür
Sağlamlıq
28 İyul , 2015 08:47
​Dünyada Hepatit virusundan ildə 1,4 milyon insan dünyasını dəyişir

Bakı. 28 iyul. REPORT.AZ/ Bu gün Ümumdünya Hepatit Günüdür. El arasında sarılıq kimi tanınan Hepatit hər il 1,4 milyon insanın ölümünə səbəb olur.

"Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Məlumatda bildirilir ki, Hepatit virusunun beş növ arasında Hepatit B və C qaraciyər xərçəngi ölümlərinin təxminən 80 faizinə səbəb olur. Hər il inyeksiya yolu ilə təxminən 2 milyon adam Hepatit virusuna yoluxur. Qan və digər bədən mayeləri yolu ilə yoluxan Hepatit B qaraciyərə təsir edir və xroniki xəstəliklərə səbəb olur. Dünyada təxminən 240 milyon nəfər Heatit B virusunun daşıyıcısıdır. Qaraciyər serrozu və xərçənginə səbəb olan Hepatit B hər il 780 min insanın dünyasını dəyişməsinə gətirib çıxarır. Hepatit B-yə qarşı bütün uşaqların peyvənd edilməsi zəruridir və xəstəlikdən üç doza vaksin ilə qorunmaq mümkündür. Uşaq doğuşdan sonra ən azı 24 saat ərzində peyvənd edilməlidir. Hepatit B ən çox Afrika səhrası regionu və Şərqi Asiyada geniş yayılıb.

Məlumatda, həmçinin dünyada təxminən 150 milyon nəfərin qan yolu ilə Hepatit C virusuna yoluxduğu, narkotik istifadəçilərinin eyni şprislərdən yararlanması və steril olunmamış tibbi materiallardan təkrar istifadə virusun ən geniş yayılmış yoluxma vasitəsidir. Hər il təxminən 500 min insanın ölümünə səbəb olan Hepatit C virusunun hələlik peyvəndi yoxdur. Hepatit A və E isə xəstənin ifrazatı ilə çirklənən su və qida məhsullarının qəbulu ilə yoluxur. 

Son xəbərlər

Orphus sistemi