Yuxarı
    Bağlamaq

    ÜST: Dünyada 400 mindən çox insan malyariya xəstəliyindən ölüb

    Hesabatda vurğulanıb ki, malyariya daha çox Afrika qitəsində yerləşən ölkələrdə yayılıb

    Bakı. 26 aprel. REPORT.AZ/ Dünyada 212 milyon insan malyariya xəstəliyinə yoluxub.

    “Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı hesabatda bildirilib.

    Təşkilatın məlumatına görə, 2015-ci ildə 90 faizi Afrika qitəsi ölkələrində olmaqla, dünya üzrə 212 milyon nəfər malyariya xəstəliyinə tutulub və həmin insanlardan 429 mini ölüb. 

    Hesabatda vurğulanıb ki, malyariya daha çox Afrika qitəsində yerləşən ölkələrdə yayılıb.

    Hesabatda qeyd olunub ki, 2000-ci ilin əvvəlindən etibarən bu xəstəliyə tutulanların sayında ciddi azalmalar müşahidə edilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi