Əhliman Əmiraslanov: "Dünya təcrübəsini öyrənmədən irəli gedə bilmərik"

Əhliman Əmiraslanov: "Dünya təcrübəsini öyrənmədən irəli gedə bilmərik" ATU-da beynəlxalq konfrans keçirilib
Sağlamlıq
18 Mart , 2015 12:55
Əhliman Əmiraslanov: Dünya təcrübəsini öyrənmədən irəli gedə bilmərik

Bakı. 18 mart. REPORT.AZ/ Bu gün Azərbaycan Tibb Universitetində (ATU) "Qan və qan komponentlərinin hazırlanmasında müasir texnologiyalar" mövzusunda elmi-praktik konfrans keçirilib. "Report" xəbər verir ki, tədbirdə Azərbaycan və Türkiyənin tanınmış hematoloqları ilə yanaşı Özbəkistan, Qırğızıstan və Tacikistandan olan mütəxəssislər də iştirak ediblər.

Konfransda çıxış edən ATU-nun rektoru Əhliman Əmiraslanov deyib ki, müxtəlif ölkələrin tibb sahəsindəki alimlərinin iştirakı ilə toplantıların təşkilinə böyük önəm verilir: "Çünki müasir dövrdə heç bir sahə təkbaşına inkişaf edə bilməz. Ona görə də dünya təcrübəsini öyrənmədən irəli gedə bilmərik. Adətən elmi konfranslar üçün plan hazırlananda həm Azərbaycan, həm də bütün dünya ictimaiyyətini narahat edən, əhalinin sağlamlığı üçün problem yaradan məsələlərə diqqət yetirilir. Bugünkü konfransın mövzusu da elmi araşdırmalar baxımından çox böyük önəm daşıyır. Çünki müasir tibdə qan və qan komponentlərinin hazırlanması inkişaf edir. Bir neçə il əvvəl yalnız qandan istifadə etməklə kifayətlənirdiksə, indi bu, bizi təmin etmir. Hazırda qanın ayrı-ayrı komponentlərindən istifadə sahəsində tədqiqat işləri, təcrübədə tətbiqi sahəsində çox böyük uğurlar qazanılıb". 

Daha sonra elmi-praktik konfransda mövzu ilə bağlı müxtəlif məruzələr səsləndirilib. 

Fasilədən sonra Talassemiya Mərkəzinin transfuzioloqu Kamran Əhmədov "Qanın yardımçı aparatla işlənməsi ilə plamaferez" mövzusunda çıxışı ilə konfransı davam etdirib. 

Sonda isə ATU-nun Tədris Terapevtik Klinikasının aferez üzrə mütəxəssisi Xəyalə Qafarovanın iştirakı ilə Spectra Optia ilə praktik hissə təqdim edilib.

Son xəbərlər

Orphus sistemi