Dünya şəhərləri əhalisinin təxminən 80%-i çirkli hava ilə nəfəs alır

Dünya şəhərləri əhalisinin təxminən 80%-i çirkli hava ilə nəfəs alır Üçüncü dünya ölkələri şəhərlərinin 98%-də hava ÜST-nin təmizlik standartlarına cavab vermir
Sağlamlıq
14 May , 2016 16:43
Dünya şəhərləri əhalisinin təxminən 80%-i çirkli hava ilə nəfəs alır

Bakı. 14 may. REPORT.AZ/ Dünya şəhərləri əhalsinin təxminən 80%-i smoq (havanın Yer səthinə yaxın hissəsinin tüstü və his qarışığı olan qatı duman ilə çirklənməsidir - red.) və çirklili havanın başqa formaları ilə nəfəs alır.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının hesabatında deyilir.

Eyni zamanda, üçüncü dünya ölkələri şəhərlərinin 98%-də hava ÜST-nin təmizlik standartlarına cavab vermir.

Qeyd edək ki, ÜST bu nəticəyə 2008-2013-cü illər ərzində dünya üzrə 67 ölkənin 795 şəhərində araşdırmalar aparmaqla gəlib.

"Şəhər yerlərində havanın çirklənməsi qorxunc dərəcədə artmaqda davam edir. Bu da insan sağlamlığına böyük zərərdir. Digər tərəfdən, şəhər rəhbərləri tədricən bu problemə daha çox diqqət ayırır və havanın keyfiyyətinə nəzarət etməyə başlayırlar. Onlar bu göstəricini yaxşılaşdıra bilsə, dünyada tənəffüs yolları və ürək-damar xəstəliklərinin sayı azalmalıdır", - deyə ÜST-nin ictimai səhiyyə departamentinin rəhbəri Mariya Neyra bildirib.

Son xəbərlər

Orphus sistemi