Yuxarı

Hesabat: Dünya əhalisinin böyük bir qismi müxtəlif səbəblərə görə ağrıkəsici tapa bilmir

Afrika, Asiyanın böyük hissəsi, Orta Amerika və Sakit Okeanda əhalisi ağrıkəsiciləri tapmaqda əziyyət çəkirlər və ya heç istifadə edə bilmirlər

Bakı. 4 fevral. REPORT.AZ/ Dünya əhalisinin böyük bir qismi müxtəlif səbəblərə görə ağrıkəsici tapa bilmir. "Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Narkotik İdarə Heyətinin (INCB) hesabatında bildirilib.

Hesabatda qeyd olunub ki, kifayət qədər dərman istehsalının olmasına baxmayaraq, dünya əhalisinin təxminən 75 faizi ağrıkəsiciləri ya tapa bilmir, ya da ondan məhdud şəkildə istifadə edir: "İnsanların düzgün şəkildə maarifləndirilməməsi, yaxud dərman asılılığının yaranma qorxusu, ya da maddi çatışmazlıq buna əsas səbəb kimi göstərilib".

Hesabatda o da bildirilib ki, ağrıkəsicilərin böyük əksəriyyəti Şimali Amerika, Qərbi Avropada istehlak edilir: "Afrika, Asiyanın böyük hissəsi, Orta Amerika və Sakit Okeanda əhalisi ağrıkəsiciləri tapmaqda əziyyət çəkirlər və ya heç istifadə edə bilmirlər".

Hesabatda, həmçinin xərçəng xəstələrinə verilən morfinin 92 faizini dünya əhalisinin yalnız 17 faizinin istifadə edə bildiyi vurğulanıb.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi