Dünya Bankının tibbi sığorta üzrə eksperti Bakıda dövlət xəstəxanalarının işi ilə tanış olub

Dünya Bankının tibbi sığorta üzrə eksperti Bakıda dövlət xəstəxanalarının işi ilə tanış olub Qonaq Bakıya İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəvəti ilə gəlib
Sağlamlıq
7 Aprel , 2016 11:07
Dünya Bankının tibbi sığorta üzrə eksperti Bakıda dövlət xəstəxanalarının işi ilə tanış olub

Bakı. 7 aprel. REPORT.AZ/ Dünya Bankının tibbi sığorta üzrə eksperti Tixomir Strizrep Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəvəti ilə Bakıya gəlib. Agentliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qonaq və Agentliyin mütəxəssisləri dünyada səhiyyənin maliyyələşməsi ilə bağlı yanaşmaları, Azərbaycanda icbari tibbi sığorta modelinin qurulması istiqamətində fikir mübadiləsi aparıblar.

Agentliyin direktoru Zaur Əliyev Dünya Bankının eksperti ilə icbari tibbi sığorta modelinin yaradılmasında Azərbaycana davamlı texniki dəstək göstərilməsinə dair müzakirə aparıb.

Tixomir Strizrep, həmçinin dövlət xəstəxanalarının işi ilə tanış olub.

Qeyd edək ki, Tixomir Strizrep uzun illər Xorvatiyanın Sosial Tibbi Sığorta Fondunun rəhbəri vəzifəsində çalışıb, hazırda Dünya Bankının eksperti kimi bir çox Avropa dövlətinə tibbi sığorta sistemini qurmaqda yardım edir.

Son xəbərlər

Orphus sistemi