DTX-nın Mədəniyyət Mərkəzində “Klassik Yoqa Məktəbi”nin açılışı olub - FOTO

DTX-nın Mədəniyyət Mərkəzində “Klassik Yoqa Məktəbi”nin açılışı olub - FOTO Açılışda Mədət Quliyev, Hindistanın səfiri və digər qonaqlar iştirak edib
Sağlamlıq
24 Sentyabr , 2017 13:35
DTX-nın Mədəniyyət Mərkəzində “Klassik Yoqa Məktəbi”nin açılışı olub - FOTO
Foto: REPORT/Orkhan Azim

Bakı. 24 sentyabr. REPORT.AZ/ Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində “Klassik Yoqa Məktəbi”nin açılışı olub.

"Report" xəbər verir ki, açılış mərasimində DTX-nın rəisi Mədət Quliyev, Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana və digər qonaqlar iştirak edib.

Tədbirdə çıxış edən Mədət Quliyev deyib ki, ulu öndər Heydər Əliyevin təməlini qoyduğu siyasət onun davamçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir:

"Bunun nəticəsidir ki, bu gün Azərbaycanda bütün sahələrdə inkişaf var. Məhz bu mərkəzdə belə məktəb açılması da sevindirici haldır. Yoqa nə idman, nə də siyasətdir. Bu, sadəcə sağlamlıq üsuludur. Dövlət başçısı əhalinin sağlamlığı üçün əlindən gələni edir. Bu da o istiqamətdə atılan addımlardan biridir".

Səfir S.Rana da öz növbəsində Azərbaycanla Hindistan arasında hər sahədə əlaqələrin inkişaf etdiyini vurğulayıb.

Qeyd edək ki, məktəbdə dərsləri 2009-cu ildə Polşada Belnəlxalq Şivananda Yoqa Vedata Mərkəzində təhsil almış, Yoqa Şiromani tituluna və diplomuna sahib olan Elçin Quliyev keçəcək.

Son xəbərlər

Orphus sistemi