Azərbaycanda dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri tənzimlənmədən satışı qadağan edilir

Azərbaycanda dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri tənzimlənmədən satışı qadağan edilir Bu tələbi 1 il ərzində 3 dəfə pozmuş hüquq və fiziki şəxslərin lisenziyası 6 ayadək dayandırılacaq
Sağlamlıq
20 Sentyabr , 2016 12:52
Azərbaycanda dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri tənzimlənmədən satışı qadağan edilir

Bakı. 20 sentyabr. REPORT.AZ/ Azərbaycada dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri tənzimlənmədən satışı və ya tənzimlənən qiymətlərdən fərqli qiymətlərlə satılması qadağan edilir.

“Report”un xəbərinə görə, bununla bağlı “Dərman vasitələri haqqında” qanuna əlavələr ediləcək. 

Millli Məclisin Səhiyyə komitəsində müzakirəyə çıxarılan layihəyə əsasən, qanunun 4-cü maddəsinə ediləcək əlavəyə görə, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri tənzimlənmədən satışı və ya tənzimlənən qiymətlərdən fərqli qiymətlərlə satılması (dövlət satınalmaları zamanı və ya tibb müəssisələrinə təklif edilən topdansatış qiymətlərdən aşağı qiymətlər istisna olmaqla) qadağan edilir.
Bu tələblərin pozulmasına görə 1 il ərzində 3 dəfə məsuliyyətə cəlb olunmuş hüquq və fiziki şəxslərin lisenziyası “Lisenziyalar və icazələr haqqında” qanuna uyğun olaraq, lisenziya verən orqan tərəfindən 6 ayadək dayandırılacaq.
Qanunun 16-cı maddəsinə edilən əlavəyə görə isə, dərman vasitələrinin istehsalçıları, xarici istehsalçıların yerli nümayəndəlikləri (filialları) və ya onların müvəkkil etdikləri şəxslər dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi məqsədi ilə bəyannamələri, hesabat sənədlərini və zərurui məlumatları müvafiq icra hakimiyyəti orqanına təqdim etməyə borcludur.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub

Son xəbərlər

Orphus sistemi