Bakı. 19 dekabr. REPORT.AZ/ Azərbaycanda kişilərin reproduktiv sağlamlığının qorunması ilə bağlı tədbirlər həyata keçiriləcək.
“Report”un xəbərinə görə, bu, yeni hazırlanan “Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsinin 5-ci (Kişilərin reproduktiv sağlamlığının qorunması) maddəsində əksini tapıb.
Kişilərin reproduktiv sağlamlığının qorunması üzrə həyata keçirilən tədbirlər bunlardır:
1. kişi reproduktiv sistemi xəstəliklərinin erkən aşkarlanması məqsədi ilə profilaktik tədbirlərin həyata keçirilməsi,
2. kişi əhalisinin reproduktiv sağlamlığının qorunmasına nəzarət olunması, kişi reproduktiv sistemi xəstəliklərinin müayinə və müalicəsinin təşkili məqsədi ilə tibbi yardım sisteminin yaradılması,
3. hərbi xidmət keçən kişilərin reproduktiv sağlamlığının qorunması üzrə tədbirlərin həyata keçirilməsi.
Qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq.