Direktor: "Son illər Şəkidə ana ölümü faktı qeydə alınmayıb"

Direktor: "Son illər Şəkidə ana ölümü faktı qeydə alınmayıb" Bakı. 3 dekabr. REPORT.AZ/ “Bu ilin son 3 ayı ərzində Şəki Regional Perinental Mərkəzinin Yenidoğulmuşlar şöbəsinə 488 körpə daxil olub”.
Sağlamlıq
3 Dekabr , 2018 10:20
Direktor: Son illər Şəkidə ana ölümü faktı qeydə alınmayıb
Şəki Regional Perinental Mərkəzinin direktoru Ruziyyə Hüseynova / Report
0 : 00
0 : 00

Bakı. 3 dekabr. REPORT.AZ/ “Bu ilin son 3 ayı ərzində Şəki Regional Perinental Mərkəzinin Yenidoğulmuşlar şöbəsinə 488 körpə daxil olub”.

Bunu “Report”a mərkəzin direktoru Ruziyyə Hüseynova deyib.

Onun sözlərinə görə, onlardan 9-u əkiz olub: “Mərkəzin Yenidoğulmuşlar şöbəsində 55 körpə reanimasiyada saxlanılıb. Başqa rayonlardan (Balakən, Mingəçevir, Zaqatala, Qax, Oğuz, Qəbələ, Dəhnə kəndi) isə mərkəzə 37 anasız yenidoğulmuş gətirilib”.

R.Hüseynova qeyd edib ki, son 3 ay ərzində mərkəzin Doğum şöbəsində ümumilikdə 522 hamilə qeydə alınıb: “Onlardan 472 nəfəri təbii doğuş, 145 nəfəri isə qeysəriyyə üsulu ilə cərrahi doğuş keçirib”.

O həmçinin əlavə edib ki, son illər Şəkidə ana ölümü faktı qeydə alınmayıb. 

Son xəbərlər

Orphus sistemi