Direktor: "Ötən il Azərbaycanda 687 nəfərdə qanın bədxassəli xəstəlikləri aşkarlanıb"

Direktor: "Ötən il Azərbaycanda 687 nəfərdə qanın bədxassəli xəstəlikləri aşkarlanıb" Bakı. 7 fevral. REPORT.AZ/ Hazırda Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda 27 523 nəfər qan xəstəlikləri dispanser qeydiyyatına götürülüb.
Sağlamlıq
7 Fevral , 2018 11:18
Direktor: Ötən il Azərbaycanda 687 nəfərdə qanın bədxassəli xəstəlikləri aşkarlanıb
Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva / Report/ Firi Salim

Bakı. 7 fevral. REPORT.AZ/ "Hazırda Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda 27 523 nəfər qan xəstəlikləri dispanser qeydiyyatına götürülüb".

"Report" xəbər verir ki, bunu institutun direktoru Zöhrə Əlimirzəyeva keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ötən il ilkin olaraq 687 nəfərdə qanın bədxassəli xəstəlikləri aşkarlanıb: "Onların 603 nəfəri böyüklər, 84 nəfəri isə uşaqlardır. Həmin şəxslər dispanser qeydiyyata götürülüb. Hazırda Azərbaycanda dispanser qeydiyyatda olan hemoblastozlu xəstələrin sayı 2233 nəfər, qanın bədxassəli xəstəliyi diaqnozu müəyyənləşdirilmiş uşaqların sayı 313 nəfərdir".

Son xəbərlər

Orphus sistemi