Direktor müavini: "Dövlətin şəkərli diabet xəstələrinə dərmanların alınmasına ayırdığı vəsait çatmır"

Direktor müavini: "Dövlətin şəkərli diabet xəstələrinə dərmanların alınmasına ayırdığı vəsait çatmır" Bakı. 12 noyabr. REPORT.AZ/ Hazırda respublika üzrə 359 endokrinoloq var və bəzi bölgələrdə 2600 xəstəyə cəmi 2 endokrinoloq baxmalı olur. Onlar bu işi çatdıra bilmədiklərindən gələn ildən etibarən həm tibb bacıları üçün treninqlər keçiriləcək, həm də bu işə terapevtlər cəlb ediləcək. Treninqdən sonra terapevtlər ikinci tip diabetin başlanğıcında olan xəstələrin müalicəsini apara biləcəklər.
Sağlamlıq
12 Noyabr , 2018 15:51
Direktor müavini: Dövlətin şəkərli diabet xəstələrinə dərmanların alınmasına ayırdığı vəsait çatmır
0 : 00
0 : 00

Bakı. 12 noyabr. REPORT.AZ/ "Hazırda respublika üzrə 359 endokrinoloq var və bəzi bölgələrdə 2600 xəstəyə cəmi 2 endokrinoloq baxmalı olur. Onlar bu işi çatdıra bilmədiklərindən gələn ildən etibarən həm tibb bacıları üçün treninqlər keçiriləcək, həm də bu işə terapevtlər cəlb ediləcək. Treninqdən sonra terapevtlər ikinci tip diabetin başlanğıcında olan xəstələrin müalicəsini apara biləcəklər".

"Report" xəbər verir ki, bu fikirləri Respublika Endokrinoloji Mərkəzinin direktor müavini Babek Salek deyib.

Onun sözlərinə görə, bu il şəkərli diabet xəstələri üçün dərmanların alınmasına dövlət tərəfindən ayrılan maliyyə vəsaiti artırılaraq 36 milyon manata çatdırılıb: "Amma dərmanlar xarici valyuta ilə alındığından vəsait azdır. Gələn ilin dövlət büdcəsində şəkərli diabet xəstələri üçün ayrılacaq maliyyə vəsaitinin artırılacağı gözlənilir. Dərmanların alınması zamanı növbələrin yaranmamasından ötrü bölgələrdəki bütün həkimlərə xəstələrə dərmanların fərqli günlərdə verilməsi barədə tapşırıq verilib. Rayonlardakı xəstələrin hamısına dərmanların bir ay ərzində paylanılması məsləhət görülüb. Çünki xəstələrin hamısının bir neçə gün ərzində aptekdən dərman alması böyük növbələrin yaranmasına və nəticədə ajiotajın yaranmasına səbəb olur. Digər tərəfdən, endokrinoloqun işi yalnız resept yazmaq olur, digər xəstələrin müayinəsinə isə vaxt qalmır. Biz bu ildən etibarən rezidenturada təhsil alan endokrinoloqların sayının artırılmasını problemdən çıxış yolu kimi görürük".

Son xəbərlər

Orphus sistemi