Yuxarı

Direktor: "Depressiyanın intiharla birbaşa əlaqəsi var"

Direktor: "Depressiyanın intiharla birbaşa əlaqəsi var"45
© Report / Elchin Murad

"Kardioloji xəstələrin 30 faizində depressiv hallar müşahidə edə bilərik".

"Report" xəbər verir ki, bunu Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılov "Kardiologiya və psixiatriya: kardioloji pasiyentlərdə psixi pozuntuların profilaktikası" mövzusuna həsr olunan elmi-praktik konfransda çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, ilkin şikayətlər depressiya ilə bağlı olmur: '"Belə insanlar ürəkdə ağrı ilə bağlı müraciət edirlər və bu depressiv xəstələrə xasdır. Kardioloqlar xəstələrində tez- tez depressiv əlamətlər görürlər. Lakin onlar xəstələrinə intiharla bağlı suallar vermirlər. Depressiyanın intiharla birbaşa əlaqəsi var. İki qrup xəstələr var ki, onlarda daha tez-tez kardioloji problemlər müşahidə olunur. Birinci qrup şizofrenik xəstələrdir. Onlar sağlam insanlardan 10 il daha az yaşayırlar. Onlar intihar etmədikləri halda kardioloji problemlərdən ölürlər. İkinci qrup isə yaşlı pasiyentlərdir. 50 yaşdan sonra insanlarda həm kardioloji problemlər, həmçinin psixoloji problemlər çox olur. Onlara xüsusi diqqət və yanaşma lazımdır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi