Yuxarı

Direktor: Azərbaycanda İİV-ə yoluxmuş 38 nəfərin yaşayış yeri naməlumdur

336 nəfərdə (7,2%) yoluxma yolu müəyyən edilməyib

Bakı. 1 dekabr. REPORT.AZ/ "İİV-ə yoluxmuş 4694 Azərbaycan vətəndaşından 1198-i (25,5%) Bakı şəhəri və Abşeron rayonunda, 3656-sı (73,7%) respublikanın digər 55 inzibati ərazisində qeydiyyatda olan şəxslərdir, 38 nəfərin (0,8%) yaşayış yeri naməlumdur. 4694 nəfər Azərbaycan vətəndaşından 2578-də (54,9%) İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 1637-də (34,9%) heteroseksual, 61-də (1,3%) isə homoseksual kontakt nəticəsində, 82-də (1,7%) anadan uşağa keçməklə, 1-də (0,02%) donor qanının köçürülməsi nəticəsindəbaş verib. 336 nəfərdə (7,2%) yoluxma yolu müəyyən edilməyib".

"Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Esmira Alməmmədova bu gün keçirdiyi mətbuat konfransında deyib.

Səhiyyə Nazirliyi tərəfindən İİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinin təmin edilməsi işinin Respublika QİÇS-lə Mübarizə Mərkəzində davam etdirildiyini deyən E. Alməmmədova bildirib ki, 8 noyabr 2006-cı il tarixdən tətbiq edilən antiretrovirus terapiyaya hazırda 2323 İİV-lə yaşayan insan cəlb olunub, onlardan 552 nəfərə müalicə 2014-cü ilin 11 ayı ərzində başlanılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi