Yuxarı
    Bağlamaq

    ÜST: Qonşu ölkələrdə qızılca və məxmərək qaldığından, bu təhlükə Azərbaycanda üçün də var

    Ona görə də peyvəndləmə işləri bundan sonra da davam edəcək

    Bakı. 22 aprel. REPORT.AZ/ "Dünyada qızılca və məxmərəyin eliminasiyasına (ləğvinə) nail olan ilk ölkə ABŞ olub. Bu da keçən il qeydə alınıb. Ən aşağı peyvəndlə əhatə olunan ölkə isə Afrika və Asiyadır. Dünyada hazırda Avropanın 3 regionu məxmərək və qızılcanın ləğvinə nail olunmasını qarşısına məqsəd qoyub. Avropa regionu üzrə bu il 21 ölkə qızılcanın, 20-si isə məxmərəyin ləğvinə nail olub. Azərbaycanda isə hər iki xəstəliyin ləğvi qeydə alınıb".

    "Report"un xəbərinə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin yoluxucu xəstəliklər üzrə mütəxəssisi Cəvahir Süleymanova deyib.

    ÜST-ün nümayəndəsi onu da qeyd edib ki, Avropa regionunda hələ də 18 ölkə endemik olaraq qalır: "Həmin ölkələr də, məhz Azərbaycana qonşu olan ərazilərdir. Bura Rusiya, Gürcüstan, İran, Ermənistan və digər ölkələr var. Orada hələ də virusların yayılması halları var. Bu da o deməkdir ki, xəstəliklər yenidən Azərbaycanda qeydə alına bilər. Ona görə də peyvəndləmə işləri bundan sonra da davam edəcək.

    Anadangəlmə məxmərək sindromu ilə bağlı ölkələrdə məlumat çox azdır. Lakin ÜST-ün verdiyi məlumata görə, dünyada 100 min uşaq bu sindromla doğulur və bəzən ölümlə də nəticələnə bilir. Hazırda məxmərək və qızılcanın ləğvini əldə etsək də, bu gün anadangəlmə məxmərək sindromu ilə mübarizə işinə başlamışıq. Bununla əlaqədar müvafiq qurumlarla birlikdə seminarlar təşkil edilib. Regionlarda da bu kimi seminarların keçirilməsi planlaşdırılır. Peyvənd həftəsi hər il keçirilir. Məqsəd ölkələrin bu sahədə məlumatlı olmasının daha da təkmilləşdirilməsidir".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi