Yuxarı

​Dərmanların qiymətlərini telefon və planşetlərdən izləmək mümkün olacaq

Yeni dərman vasitələrinin qiymətləri təsdiqləndikcə cədvəllər yenilənəcək

Bakı. 2 dekabr. REPORT.AZ/ Dərmanların qiymətlərini telefon və planşetlərdən izləmək imkanı yaradılıb. “Report” İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, qiymətləri tənzimlənmiş dərman vasitələrinin siyahısını mobil telefonlara, planşetlərə yükləməklə artıq dərman vasitələrinin qiyməti, tərkibi, istehsalçı ölkəsi və təsdiq olunmuş qiymətlərin tətbiq edildiyi tarix barədə ətraflı məlumat almaq mümkündür.

Belə ki, qiymətləri tənzimlənmiş dərman vasitələrinin həm tərkib, həm də ticarət adına görə ümumi siyahısı Tarif (qiymət) Şurasının www.tariff.gov.az saytının “Dərman vasitələri” bölməsində “pdf” formatında yerləşdirilib.

Bildirilir ki, bu cədvəllərin mobil telefonlara, planşetlərə yüklənməsinə və cədvəllərdən elektron kitabça kimi istifadə etməyə, eyni zamanda ictimai nəzarətin daha bir formasının tətbiqinə imkan yaradacaq.

Qeyd edək ki, yeni dərman vasitələrinin qiymətləri təsdiqləndikcə bu cədvəllər də yenilənir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi