Bakı. 4 may. REPORT.AZ/ “Azərbaycanda dərmanların qiymətinin dövlət tərəfindən tənzimlənməsi ilə bağlı işlər həyata keçirilməkdədir”. “Report”xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, partiyanın icra katibi
Baş nazirin müavini xatırladıb ki, artıq bununla bağlı qanunvericilikdə müvafiq dəyişiklik edilib və Azərbaycan Respublikasının Prezidenti
Ə.Əhmədov vurğulayıb ki, bu, texniki baxımdan xeyli vaxt tələb edən bir prosesdir: “Amma məqsədimiz ondan ibarətdir ki, Azərbaycanda dərmanların qiyməti süni şəkildə şişirdilməsin. Təəssüf ki, indiki halda belə hallara rast gəlmək mümkündür. Bundan başqa, dərmanların keyfiyyətinin daha da artırılması əsas məqsədlərimizdən biridir. Çünki insanlarımız nə dərmanların keyfiyyətinin aşağı olmasından, nə də qiymətinin yüksək olmasından əziyyət çəkməsinlər. Güman edirəm ki, qaydalar hazırlanıb həyata keçirildikdən sonra əsas məqsədlərə çatmaq mümkün olacaq”.