Azərbaycanda dərmanların qiyməti 18 faiz ucuzlaşdırıla bilər

Azərbaycanda dərmanların qiyməti 18 faiz ucuzlaşdırıla bilər Dərmanların ƏDV-dən azad olunması məsələsi hazırda hökumətdə müzakirə olunur
Sağlamlıq
12 Fevral , 2016 12:02
Azərbaycanda dərmanların qiyməti 18 faiz ucuzlaşdırıla bilər

Bakı. 12 fevral. REPORT.AZ/ "Azərbaycanda dərmanların əlavə dəyər vergisindən (ƏDV) azad olunması ilə bağlı məsələ hazırda hökumətdə müzakirə olunur. Bununla bağlı qanunun qəbul olunarsa dərmanların qiyməti 18 faiz ucuzlaşacaq". "Report"un məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, deputat Musa Quliyev deyib.

O xatırladıb ki, bəzi ölkələrdə dərmanlar əlavə dəyər vergisindən azaddır: "Bir çox dövlətlər də var ki, burada müəyyən qədər əlavə dəyər vergisi var. Bütün bunları nəzərə alaraq məsələ ətrafında ictimai müzakirələr aparılır".

Komitənin sədr müavini onu da qeyd edib ki, Azərbaycanda yerli dərman istehsalı çox vacib məsələdir: "Ölkədə bunun üçün bütün lazımi şərait var. Yəni, yerli istehsal üçün həm tibbi, həm iqtisadi, həm də texnoloji və peşəkar şərait var. Yerli dərman istehsalının təşkil olunması dərmanların maya dəyərinin aşağı düşməsinə səbəb olacaq. Bununla da dərmanların qiyməti daha ucuz olacaq. Dərmanın keyfiyyətinə hökumət birbaşa özü nəzarət edə biləcək".  

Son xəbərlər

Orphus sistemi