Pərviz Əzizbəyov: "Qiymətlərin tənzimlənməsi imtiyazlı qrupa verilən pulsuz dərmanların siyahısına da təsir göstərəcək"

Pərviz Əzizbəyov: "Qiymətlərin tənzimlənməsi imtiyazlı qrupa verilən pulsuz dərmanların siyahısına da təsir göstərəcək" "Dövlət 141 adda dərman preparatını imtiyazlı əhali qrupuna aid edilən vətəndaşlara pulsuz verir"
Sağlamlıq
9 Sentyabr , 2015 13:09
Pərviz Əzizbəyov: Qiymətlərin tənzimlənməsi imtiyazlı qrupa verilən pulsuz dərmanların siyahısına da təsir göstərəcək

Bakı. 9 sentyabr. REPORT.AZ/ "Dövlət 141 adda dərman preparatını imtiyazlı əhali qrupuna aid edilən vətəndaşlara pulsuz verir. Bura yaşadığı yer üzrə qeydiyyata düşən şəkərli diabet xəstələri, I və II qrup əlillər, onkoloji xəstəlikdən əziyyət çəkənlər daxildir". Bunu "Report"a müsahibəsində Azərbaycan Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət İnspeksiyasının rəisi Pərviz Əzizbəyov deyib.

Onun sözlərinə görə, bu gün Bakıda Səhiyyə Nazirliyi tərəfindən 26 belə aptek müəyyənləşib: "Həmin apteklər sırf imtiyazlı əhali qrupuna aid olan xəstələrin dərman təchizatı ilə məşğul olur. Yəni, həmin xəstələr ayda bir dəfə onlar üçün nəzərdə tutulan apteklərə gedib dərmanları götürə bilərlər".

Nazirlik rəsmisi onu da qeyd edib ki, dərman vasitələrinin qiymətlərinin dövlət tərəfindən tənzimlənməsinə başlanıldıqdan və görülən digər işlərin son nəticəsi olaraq belə xəstələrə verilən dərman siyahısı da genişləndirə bilər: "Bu istiqamətdə lazımi işlər görülür. Həmin siyahının genişləndirilməsi ilə bağlı müəyyən işlər həyata keçirilir".  

Son xəbərlər

Orphus sistemi